1. Kaşalota oxşar bir balığın mədəsindən çıxarılan gözəl qoxulu maddə.
2. Gözəl iy, ətir.
N.Tusi “Cavahirnamə” əsərində yazır: “Ənbərin yoxlanılması belədir: şüşəni odda qızdırırlar. Ənbəri onun üzərinə atdıqda ənbər iyi gələrsə, xalisdir. Ənbər yağ kimi tamamilə əriyərsə, onu keyfiyyətli, tamamilə əriməzsə, keyfiyyətsiz hesab edirlər”. Dastanlarda, bir qayda olaraq, müşk sözü ilə yanaşı işlənir.
Leyli sözünü qurtarıb, ürəyi qəşş elədi, daş parçası kimi yerə sərildi. Qızlar onun üzünə müşk, ənbər səpib, ayıldıb öz otağına apardılar. (“Leyli və Məcnun”)